Mərkəzi Neftçilər Xəstəxanasında seminar: “Maqnit rezonans texnologiyalarında innovasiyalar”
02.06.2024 18:25

Mərkəzi Neftçilər Xəstəxanasında “Maqnit rezonans texnologiyalarında innovasiyalar” adlı seminar keçirilib.

 

Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, TƏBİB, Siemens Healthineers və Ameco-nun maliyyə və təşkilatı dəstəyi ilə baş tutan seminar maqnit rezonans texnologiyalarında yeni yanaşmalara və qabaqcıl tətbiqlərə həsr edilib.

 

Seminarın açılış hissəsində TƏBİB-in Tibb müəssisələrində təlimlərin idarəedilməsi şöbəsinin böyük məsləhətçisi Romella Osmanova və AMECO - “Siemens Healthineers” şirkətinin Azərbaycanda rəsmi partnyoru Radiolojı və laborator avadanlığı üzrə şöbə müdiri Lalə Axundova çıxış ediblər.

 

Seminarın elmi hissəsini “Siemens Healthineers” şirkəti, Mərkəzi Şərqi Avropa və Mərkəzi Asiya üzrə Maqnetik rezonans departamentinin regional meneceri - Florin Preoteasa davam edib. Seminar “Müayinə müddətinin azaldılması və süni intellektin tətbiqi”, “BioMatrix Beat Sensorlar və EKQ-siz ürək MRT müayinələri”, “Neyrogörüntüləmə və sürətləndirilmiş qabaqcıl tətbiqlər”, “Bütün bədən MRT müayinələri” və “MagnetomFlow,1.5T. Heliumsuz MRT cihazı” mövzuları ilə davam edib.

 

Sonda mövzularla bağlı müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır