Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində ÜST-nin Baş direktoru ilə görüş olub
02.06.2024 11:55

Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru doktor Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib. 

 

Bu xəbər Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.

 

Görüşdə Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb və ötən müddət ərzində ÜST-nin Azərbaycana göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib.

 

Öz növbəsində doktor Tedros Adhanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. ÜST-nin Baş direktoru gələcəkdə də Təşkilatın Azərbaycanla birgə layihələrin uğurla reallaşdırılacağına əminlik ifadə edib.

 

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi münasibətilə təbrik edən ÜST-nin Baş direktoru mötəbər tədbirdə iştiraka dəvətinə görə Azərbaycan Hökümətinə təşəkkürünü bildirib. Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etdiyi vurğulayan doktor Tedros Adhanom Qebreyesus noyabr ayında keçiriləcək COP29-da iştirakını səbirsizliklə gözlədiyini qeyd edib.

 

Sonda qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır