Naxçıvanda “Müasir pediatriyanın işığında“ adlı konfransı keçirilib
02.06.2024 11:23

Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının konfrans zalında Azərbaycan Respublikası Pediatriya Cəmiyyətinin Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Müasir pediatriyanın işığında“ adlı konfransı keçirilib.

 

Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Konfransın açılış hissəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Samiq Sadıxov əhaliyə keyfiyyətli tibbi yardım göstərilməsini təmin etmək məqsədilə aparılan islahatlardan bəhs edib. O, pediatrik xidmətin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması, onların beynəlxalq standartlara uyğun mütəxəssislər olması istiqamətində aparılan işlər barədə çıxış edib.

 

Rəsmi hissəni açıq elan edən Azərbaycan Pediatriya Cəmiyyətinin idarə heyətinin sədri Erkin Rəhimov gələn qonaqları salamlayıb, Azərbaycan Pediatriya Cəmiyyətinin keçdiyi inkişaf yollarından danışıb, konfransın gedişatına uğurlar arzulayıb.

 

Konfransda yerli mütəxəssislər tərəfindən pediatriyaya dair müxtəlif mövzularda geniş təqdimatlar edilib və bilik və məlumatlar paylaşılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır