TƏBİB Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb
01.06.2024 14:19

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Yevlax Rayon Mərkəzi Xəstəxanasında "İxtisas ayları" proqramı çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinin icrasına başlanılıb.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərinin ixtisaslaşmış tibb müəssisələrində çalışan uzman və ixtisaslı həkimlər tərəfindən bölgədə yaşayan uşaqlara tibbi xidmətlər göstərilib.

 

Tibbi xidmətlər pediatrik xəstəliklərin ən çox müşahidə edildiyi bölgələrdən hesab olunan Bərdə-Yevlax tibbi ərazi bölməsinə daxil olan Mingəçevir, Bərdə, Yevlax, Ağdaş və Tərtər rayonlarının vətəndaşları üçün təşkil edilib.

 

Tibbi heyət Respublika Pediatriya Mərkəzi, Yeni Klinika, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasında fəaliyyət göstərən 10 nəfər müxtəlif ixtisaslı həkim-mütəxəssisdən ibarətdir.

 

Sağlamlıq günlərinin əsas məqsədi regionlarda yaşayan əhalinin tibbi müayinəsi, uşaqlarının sağlamlığının qorunması istiqamətində pediatrik xəstəliklərinin erkən aşkarlanması, eləcə də onların törədə biləcəyi yanaşı xəstəliklər və fəsadlar barədə əhalinin maarifləndirilməsidir.

 

Uşaq sağlamlığı günlərində 750-dən çox uşaq pediatr, kardioloq, infeksionist, nevroloq və oftalmoloq müayinələrindən keçərək 1500-dən çox tibbi xidmətdən yararlanıb.

 

Tibbi müayinələrdən yararlanan və xəstəliyi yeni müəyyən edilən uşaqların valideynlərinə zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.

 

Qeyd edək ki, tibbi müayinələrin keçirildiyi günlər ərzində uşaqlar üçün əyləncə proqramları da təşkil edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır