Naxçıvanın səhiyyə naziri kollektivə təqdim olunub
01.06.2024 10:35

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə səhiyyə naziri vəzifəsinə təyin olunmuş Samiq Sadıxovu nazirliyin kollektivinə təqdim edib.

 

Bu məlumat Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilib.

 

Bəxtiyar Məmmədov yeni təyinat münasibətilə Samiq Sadıxovu təbrik edərək son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda o cümlədən Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə səhiyyə sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb. Bəxtiyar Məmmədov son dövrlərdə muxtar respublikada səhiyyənin inkişafı istiqamətində aparılan məqsədyönlü tədbirləri də diqqətə çatdıraraq kollektivə uğurlar arzulayıb.

 

Samiq Sadıxov dövlətimiz tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. Nazir ölkə başçısının səhiyyə sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, səhiyyə sistemində keyfiyyətin artırılması istiqamətində islahatların aparılması üçün bundan sonra da səylə çalışacağını bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır