Uşaq sığınacaqlarında məskunlaşan 106 uşaq tibbi müayinədən keçib  
31.05.2024 16:28

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi müayinə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, “Azərbaycan Uşaqları” İctimai Birliyi və “Ümid Yeri” sığınacaqlarında keçirilib. Aksiyada ümumilikdə 106 nəfər iştirak edib.

 

Tibbi müayinələrin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin sağlamlığı ilə bağlı problemlərini erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.

 

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi müayinələrə 1-18 yaş qruplarında olan uşaq və yeniyetmələr, həmçinin uşaq sığınacaqlarında məskunlaşan qadınlar cəlb olunub. Tibbi müayinələrə Agentlik tərəfindən Nizami Tibb Mərkəzi, 8 saylı Uşaq Poliklinikasının həkim heyəti cəlb edilib. Aksiya çərçivəsində sığınacaqların sakinləri kardioloq, ginekoloq, nevroloq, terapevt, oftalmoloq, lor, pediatr, uşaq cərrahı, dermatoloq və radioloq tərəfindən müayinə ediliblər.

 

Uşaq və qadınların sağlamlığının ümumi vəziyyətinin dəyərləndirilməsi üçün laborator analizlər də keçirilib. Laborator analizlərin nəticələrinə əsasən bəzi şəxslərdə vitamin D defisiti, anemiya müşahidə olunub. Müayinədən keçən uşaqların bəzilərində sünnət, adenoid hipertrofiyası və xroniki tonzillit, mil-bilək oynağının kisti, qasıq yırtığı, ürək ritm pozuntusu, qaraciyərin piylənməsi, sidik qaçırma, yastıpəncəlik, skolioz-kifoz və bir sıra nevroloji diaqnozlar aşkarlanıb.

 

Bəzi müayinə nəticələrinə əsasən isə stasionar müayinə və müalicəyə ehtiyac yaranıb. Həmin şəxslər Agentliyin dəstəyi ilə aidiyyəti üzrə əməliyyat və müalicələrə yönəldiliblər.

 

Müayinə edilmiş şəxslər nəticələrə əsasən həkim təyinatına uyğun dərman preparatları ilə ödənişsiz təmin ediliblər.

 

Vurğulayaq ki, Agentlik hər zaman həssas qruplardan olan şəxslərə xüsusi qayğı ilə yanaşır, onların vaxtında müayinə və müalicə məsələlərini diqqətdə saxlayaraq tədbirlər görür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır