Ümumdünya Tütünsüz Gününə həsr olunmuş maarifləndirici aksiya keçirilib
31.05.2024 13:56

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Suraxanı Rayon İcra Hakimiyyəti və Ellab Diaqnostik Mərkəzi ilə əməkdaşlıqla 31 may – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş maarifləndirici aksiya keçirilib.

 

İSİM-dğn Aztibb.az-a bildirilib ki, aksiyanın məqsədi tütünçəkmə və digər zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə əhali arasında məlumatlılığın artırılması olub. 

 

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, Ellab Diaqnostik Mərkəzin həkim-kardioloqu Jalə Abbasova çıxış edərək, ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar.

 

Aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (təzyiq və nəbzin ölçülməsi, qanda şəkərin miqdarının təyin edilməsi) dəvət ediliblər, onlara həkim və kardioloq, ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verilib.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il 31 may - Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. Bu tarixlə bağlı bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda hər il əhalinin tütünçəkmənin təhlükəli təsiri barədə maarifləndirməsi istiqamətində kütləvi tədbirlər, aksiyalar təşkil olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib