Reanimatoloq Mehdi Əliyev Almaniyada beynəlxalq konqresdə iştirak edib
31.05.2024 12:46
Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin reanimatoloqu Mehdi Əliyev Avropa Anesteziya və İntensiv Terapiya Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Münxen şəhərində keçirilən "Euroanethesia 2024" konqresində iştirak edib.
 
Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, anesteziologiya və reanimasiyada ən mühüm və təsirli illik konqreslərdən biri kimi tanınan "Euroanesthesia" tədbiri anestezioloq və reanimatoloq mütəxəssisləri üçün təşkil olunan dünyanın ən nüfuzlu elmi konqreslərindən biridir. Hər il Avropada keçirilən konqres anesteziya, reanimasiya, ağrı və perioperativ tibbdə təhsil, bilik mübadiləsi və innovasiyalara yönəlmiş müasir tədbirdir, həmçinin elmi tədqiqatlar üçün geniş beynəlxalq platformadır.
 
Burada iştirak edən hər bir mütəxəssis biliyini artırmaq, innovativ texnikaları nəzərdən keçirmək, yeni təlimatları öyrənmək və geniş beynəlxalq auditoriya ilə ünsiyyət qurmaq, əməkdaşlıq etmək və şəbəkə qurmaq üçün geniş imkanlar açır. 
 
Mehdi Əliyev konqresin işində iştirak etməklə dünyanın müxtəlif qabaqcıl mütəxəssisləri ilə peşəkar fikirlərini bölüşməyə, geniş mövzuları müzakirə etməyə və yeni müalicə üsullarında nəzəri və təcrübi biliklərini mübadilə etməyə müvəffəq olub.
 
"Euroanesthesia 2024" bütün iştirakçılar üçün səmərəli və məhsuldar olub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır