ATU-nun əməkdaşı Anadolu Universitetində elmi araşdırma aparıb  
30.05.2024 12:40

Azərbaycan Tibb Universitetinin (ATU) Farmakoqnoziya kafedrasının baş müəllimi, əczaçılıq üzrə fəlsəfə doktoru Aytən Şükürova Türkiyənin Anadolu Universitetində altı ay ərzində elmi tədqiqat aparıb.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, Türkiyə Cümhuriyyətinin təqaüd proqramı çərçivəsində həyata keçirilən layihə çərçivəsində Azərbaycanda yetişən və “dəligöz tikanı” kimi tanınan  bitkinin fitokimyası, müalicəvi xüsusiyyətləri və bioloji aktivliyi araşdırılıb. 

 

A.Şükürovanın sözlərinə görə, Eskişehirdəki Anadolu Universitetinin Farmakoqnoziya kafedrasında baş tutub .  Professor Nilgün Öztürkün elmi rəhbərliyi ilə “Phytochemical and Bioactivity Studies on Centaurea iberica Trev. ex Sprengel  growing in Azerbaijan” mövzusundakı elmi-tədqiqat işi Layihə sayəsində son dövr yeni tədqiqat üsulları və yeni cihazlarla işləməyi öyrənib, onların əsasında tədqiqatımı uğurla həyata keçirtdim. 

 

ATU-nun əməkdaşı A.Şükürova, həmçinin Ankara  şəhərində Türk Əczaçıları Birliyinin təşkil etdiyi təlimdə iştirak edərək sertifikata layiq görülüb. A.Şükürova bu uğurlu nəticələrin əldə olunması üçün yaradılmış şəraitə görə Azərbaycan Tibb Universitetinin rektoru  professor Gəray Gəraybəyli, Farmakoqnoziya kafedrasının müdiri professor Cavanşir İsayevə təşəkkürünü bildirir.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır