TƏBİB-lə bir sıra qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb
30.05.2024 12:06
TƏBİB, Azərbaycan Revmatoloqlar İctimai Birliyi, "Medpro Marketing Service" Məhdud Məsuliyyətli Cəmiyyət, İnfeksion Xəstəliklər və Kliniki Mikrobiologiya İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.
 
Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.
 
Bununla əlaqədar keçirilən görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, ictimai birliklərin sədrləri və digər əməkdaşlar iştirak edib.
 
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin ölkədə davamlı tibbi təhsilin inkişafı, tibb işçilərinin potensialının gücləndirilməsi, onların peşəkar inkişafı üçün mexanizmlərin yaradılması, nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsi məqsədilə tibbi elmi-praktik konfrans, təlim, ixtisasartırma kurslarının təşkili və mütəxəssis heyətin mübadiləsinə zəmin yaratdığı bildirilib.
 
Tibbi cəmiyyətlərin sədrləri təşəbbüs üçün təşəkkür edərək, uğurlu işlərə imza atmaq üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. Qeyd edilib ki, memorandumlar tərəflər arasında faydalı, uzunmüddətli, effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini, koordinasiya prosedurlarını müəyyən edir.
 
Görüşdə gələcək planlar, qarşılıqlı maraq doğuran layihələrin hazırlanması, görülən işlərdə qarşıya çıxan problemlər də müzakirə olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır