İlan sancdıqdan 5 dəqiqə sonra zəhər qana və limfa sisteminə keçir - Mütəxəssisdən mühüm tövsiyələr
30.05.2024 09:57
Yay mövsümünün əsas təhlükələrindən biri ilan sancmasıdır.
 
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Tural Mövlayev Aztibb.az-a ilan sancması zamanı ilk tibbi yardımla bağlı məlumat verib.
 
Həkim bildirib ki, bütün ilan sancmaları təcili tibbi yardım tələb edir. İlan sancmasından sonra həmin nahiyədə yandırıcı ağrı, şişkinlik, tədricən göy rəngə çevrilən qızartı yaranır. Zəhər qana keçdiyi təqdirdə qusma, baş ağrısı, ishal, yüksək bədən hərarəti, ürək döyüntülərinin artması və s. müşahidə edilir. Ağır hallarda mədə-bağırsaq qanaxması, iflic baş verə bilər.
 
"İlan sancması zamanı ilkin tibbi yardım üsullarını bilmək vacibdir", - deyə qeyd edən Tural Mövlayev vurğulayıb ki, ilan sancdıqdan ilk 5 dəqiqədən sonra zəhər qana və limfa sisteminə keçir. Təcili olaraq zərərçəkənin tam sakitliyi təmin edilir. Zərərçəkən heç bir halda hərəkət etməməlidir. İlan sancan yerə aseptik və ya təmiz sarğı qoyulmalı, təcili yardım maşınına qədər onu xərəkdə aparmaq, zədələnmiş ətrafı hərəkətsiz saxlamaq lazımdır. Sınıqlarda olduğu kimi, ətrafa şin qoyulur və ya zədələnmiş ətrafın sağlam ətrafa bağlanması zəhərin orqanizmə yayılma sürətini azaldır.
 
Onun sözlərinə görə, ilan çalana ilıq şəkildə çoxlu maye, kəmşirin çay, bulyon və s. içirilməlidir. Antihistamin və ağrıkəsici preparatlar da qəbul etmək olar. Həmin tədbirlər görüləndən sonra ilan sancan şəxs təcili xəstəxanaya çatdırılmalı və ona ilan zəhəri əleyhinə xüsusi zərdab vurulmalıdır.
 
"İlan sancması zamanı heç bir halda jqut qoymaq, yaranın özünə müdaxilə etmək və zəhəri sormaq , yaranı yandırmaq, həmin nahiyədə dərini kəsmək, zərərçəkənə alkoqollu içkilər vermək olmaz", - deyə şöbə müdiri bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır