Dağınıq skleroz mərkəzi sinir sistemini zədələyən və özünü kəskinləşmələrlə büruzə verən xəstəlikdir
30.05.2024 11:37
Cəmiyyətin diqqətini dağınıq skleroz xəstəliyi və onun fəsadlarına yönəltmək məqsədilə hər il mayın 30-u Beynəlxalq Dağınıq Skleroz Günü kimi qeyd edilir.
 
Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsinin müdiri, həkim-nevroloq Aytən Hüseynova Aztibb.az-a bildirib ki, dağınıq skleroz xəstəliyi mərkəzi sinir sistemini zədələyən və özünü kəskinləşmələrlə büruzə verən xəstəlikdir.
 
Onun sözlərinə görə ki, immun sistemimiz həmin hüceyrələrimizi tanıyır, lakin hansısa naməlum səbəblərdən tarazlıq pozulduqda immun sistemi hüceyrələrimizə hücuma keçir və ilk növbədə, sinir hüceyrələrinə zərər vurur:
“Sinir hüceyrələri mielin qişa ilə bürünüb və hücum nəticəsində də məhz bu qişa zədələnir. Zədələnmə nəticəsində yeriş, müvazinət və görmə pozulmaları yaranır ki, bunlar da xəstəliyin kəskinləşmələri hesab olunur. Zamanla mielin qişa bərpa olunur və xəstələr yenidən keçmiş həyatına geri dönürlər. Xəstəliyin gedişinə görə kəskinləşmələr ildə bir neçə dəfə ola bilir. Aparılan müalicələr, erkən diaqnostika nəticəsində kəskinləşmələrin sayını azaltmaq, həmçinin simptomları yüngülləşdirmək mümkündür”.
 
Aytən Hüseynova qeyd edib ki, xəstəlik əsasən 20-40 yaş aralığındakı şəxslərdə daha çox müşahidə edilir. Kiçik yaşlı və ya əksinə daha yaşlı pasientlərdə də dağınıq skleroz xəstəliyinə rast gəlinir. Xəstəlik qadınlar arasında daha çox müşahidə edilir. Dağınıq skeleroz özünü görmənin zəifləməsi, ikiligörmə, əllərdə və ayaqlarda keyləşmə, gizilti, başgicəllənmə formasında büruzə verir. Sonrakı mərhələlərdə isə artıq yeriş, müvazinət pozulmasına, xasiyyətin, davranışın dəyişməsinə, sidik ifrazında tezləşmə və ya əksinə ləngiməyə gətirib çıxara bilər.
 
Mütəxəssis vurğulayıb ki, diaqnoz qoymaq üçün baş beyin, onurğa beyninin MRT müayinəsi aparılmalıdır:
“Müalicə prosesi kəskinləşmələrin aradan qaldırılması və xəstəliyin inkişafını tormozlayan müalicə formasında olmaqla, iki mərhələdə aparılır. Bu səbəbdən də xəstəliyin zamanında müalicəsinə başlamaq üçün vaxtında həkim-mütəxəssislərə müraciət etmək mütləqdir. Çünki dağınıq skleroz xəstəliyinin kəskinləşməsi müalicə prosesinin ləng getməsinə, yaranmış simptomların uzun müddət ərzində aradan qaldırılmasına səbəb olur. Xəstəliyin gedişatına uyğun olaraq ambulator və ya stasionar müalicə təyin edilir. Bununla yanaşı, fizioterapevtik üsullardan da istifadə etmək dağınıq skleroz xəstəliyinin müalicəsində önəmli rol oynaya bilir”.
Mütəxəssislər dağınıq skleroz xəstəliklərindən qorunmaq üçün düzgün qidalanmaya riayət etməyi, zərərli vərdişlərdən uzaq olmağı, eləcə də idmanla məşğul olmağı məsləhət görürlər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır