Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə Özbəkistanın Buxara Dövlət Tibb İnstitutu arasında memorandum imzalanıb
29.05.2024 15:54

Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Özbəkistan Respublikasının Əbu Əli İbn-Sina adına Buxara Dövlət Tibb İnstitutunun Epidemiologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Mehriniso Mirzoyeva ilə görüş keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, müəssisənin direktoru, professor Adil Allahverdiyev qonağa institutun fəaliyyət istiqamətləri, elmi-tədqiqat və klinik laboratoriyaları, eləcə də klinik şöbə haqqında ətraflı məlumat verib.

Professor M.Mirzoyeva rəhbərlik etdiyi Epidemiologiya kafedrasının fəaliyyət istiqamətlərindən danışıb, gələcəkdə institutun Epidemiologiya və Tibbi Parazitologiya şöbələri ilə birgə elmi əməkdaşlığın faydalı olacağını bildirib.

 

Daha sonra Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu və Əbu Əli İbn-Sina adına Buxara Dövlət Tibb İnstitutu arasında elmi əməkdaşlığa dair memorandum imzalanıb.

 

Özbəkistanlı professor, həmçinin institutun elmi-tədqiqat və klinik laboratoriyaları, yoluxucu və parazitar xəstəliklər klinikalarında aparılan işlərlə tanış olub. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır