Tərtər Rayon Mərkəzi Xəstəxanasında hesabat seçki konfransı keçirilib  
30.05.2024 16:15
Tərtər Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının 2018-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki konfransı keçirilib.
 
Konfransda Tərtər RMX-nın baş həkimi Bəkir Nağıyev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birinci müavini Elnarə Nadirova, Tərtər Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Pərvanə Xuduyeva və konfransa seçilmiş nümayəndələr iştirak ediblər.
 
Tərtər RMX-dan Aztibb.az-a bildirilib ki, tədbirdə Tərtər Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Pərvanə Xuduyeva hesabatla çıxış edib.
 
 
Eləcə də Təftiş komissiyasının hesabatı dinlənilib və hər iki hesabat qənaətbəxş olaraq qiymətləndirilib.
 
Eyni zamanda, açıq səsvermə yolu ilə Komitə, Təftiş komissiyası üzvləri seçilib. Pərvanə Xuduyeva isə Tərtər rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri vəzifəsinə təsdiqlənib.
 
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrin birinci müavini Elnarə Nadirova çıxış edərək görülmüş işlər, qarşıda həyata keçiriləcək tədbirlər barədə konfrans iştirakçılarına məlumat verib, üzvlərin suallarını cavablandırıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır