Əcnəbi tələbələr ATU-da yarışıblar
29.05.2024 14:34

Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan əcnəbi tələbələrin iştirakı ilə  elmi tədqiqat müsabiqəsi keçirilib. ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən, “Əcnəbi tələbələrin səsi” təşkilatının (V.O.I.S) dəstəyi ilə təşkil olunan bilik yarışmasına 25 xarici tələbə qatılıb.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, əcnəbi tələbələrin təqdimatları beş nəfərdən ibarət hakimlər komandası tərəfindən qiymətləndirilib. Bu zaman tədqiqat obyektinin əhəmiyyəti, metodoloji əsaslandırma və məlumatların təhlili kimi bir neçə amil əsas götürülüb. Qiymətləndirmə nəticəsində “Xərçəng müalicəsində mRNA vaksinlərinin rolu” mövzusunda araşdırmasına görə Faisal Badawi və Mohamed Heiro birinci yerə layiq görülüblər.

 

Tədqiqat müsabiqəsi əcnəbi tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün faydalı platformadır. Belə tədbirlər gənclərin öz aralarında təcrübə mübadiləsi aparmasına və akademik şəbəkələrini genişləndirməsinə imkanı verir.

 

Qeyd edək ki, hakimlər heyətinin tərkibinə Nazxanım Nəzirbəy, Dr.Qorxmaz Əhmədov, Dr.Şəlalə İsmayılova,fə Dr.Vəfa Əliyeva, Dr.Şəhla Məlikova daxil olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır