ATU-nun “Brend tələbə”ləri mükafatlandırılıb  
29.05.2024 10:28

AzEdu.az və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə ATU-da təhsil alan “Brend tələbə”lər təltif ediliblər. Qeyd edək ki, AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Tədris departamentinin müdiri, dosent Kamandar Yaqubov, İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyev, I müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov, ATU-nun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Günel Aslanova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

 

Mükafatlandırma mərasimi dosent Kamandar Yaqubovun açılış nitqi ilə başlayıb. K.Yaqubov tələbələrə daim adlarını belə seçilən saxlamağı arzu edib və tədbir iştirakçılarına universitetdə baş verən son yeniliklər haqqında məlumat verib.

 

Daha sonra Elşad Eyvazlı “Brend tələbə” adına layiq görülən tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edib. 

 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub