Türkiyəli və azərbaycanlı həkim heyəti Vətən müharibəsi qazisi üzərində ağır cərrahi əməliyyat icra edib  
29.05.2024 11:11
Türkiyə Respublikasının “Acıbadem” Xəstəxanasının nümayəndə heyəti Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olub.
 
TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, səfər çərçivəsində həkim nümayəndə heyəti Respublika Klinik Xəstəxanasının həkimləri ilə birgə Vətən müharibəsi qazisi, 29 yaşlı şəxs üzərində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ağır cərrahi əməliyyat icra ediblər.
 
Bir müddət əvvəl tibb müəssisəsinə müraciət edən Vətən müharibəsi qazisi üzərində planlı cərrahi əməliyyatın vacibliyi və ağırlıq dərəcəsi nəzərə alınaraq “Acıbadem” Xəstəxanasının professor həkimləri Arel Gereli və Fatih Dikici Respublika Klinik Xəstəxanasına dəvət olunub.
 
Qeyd edək ki, zəruri müayinələrdən keçirilən pasiyentin nəticələri əvvəlcədən “Acıbadem” Xəstəxanasına konsiliuma göndərilib və ona tibia talar, talokalkanear, talonavikulyar oynaqların artrozu diaqnozları qoyulduqdan sonra belə bir səfərin həyata keçirilməsi planlaşdırılıb.
 
Türkiyəli həmkarları ilə planlı cərrahi əməliyyatda Respublika Klinik Xəstəxanasının Travmatologiya şöbəsinin həkimləri Eldar Əsədli, Tofiq Abdullayev, İlqar İsmayılov da iştirak edib və həyata keçirilən birgə triple artrodez əməliyyatı uğurla icra olunub. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
 
Məlumat üçün bildirək ki, əməliyyatdan sonra vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində TƏBİB-in beynəlxalq əməkdaşlıq strategiyasına uyğun olaraq Respublika Klinik Xəstəxanası ilə “Acıbadem” Xəstəxanası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
 
İmzalanma mərasimində Respublika Klinik Xəstəxanasının rəhbərliyi, “Acıbadem” Xəstəxanasının Baş İdarəsinin Beynəlxalq xəstə xidmətləri şöbəsinin İcraçı direktoru İlyas Benveniste, professor həkim Arel Gereli, professor həkim Fatih Dikici, Regional inkişaf şöbəsinin Azərbaycan Respublikası üzrə məsul şəxsi İlahə Kılıç, məsul şəxs Vüsalə Nurçeli iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır