Şirvan ŞMX-nın Hacıqəhrəmanlı qəsəbə həkim məntəqəsində yerli sakinlər üçün tibbi aksiya təşkil olunub
28.05.2024 10:08

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tabeliyindəki Hacıqəhrəmanlı qəsəbə həkim məntəqəsində yerli sakinlər üçün səyyar tibbi müayinə aksiyası təşkil olunub.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, ixtisaslı həkim və laborant heyəti tərəfindən müayinə olunan şəxslərin diaqnozlarına uyğun müalicə təyin edilib.

 

Səyyar müayinə zamanı sakinlər kardioloqun konsultasiyasından faydalanıblar. Eyni zamanda, laboratoriyada müayinə olunmaq üçün vətəndaşlardan müvafiq qan nümunələri də götürülüb, oftalmoloji, terapevt və lor tərəfindən müayinələr aparılıb. Onlar ətraflı müayinə və müalicə məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına dəvət olunub.

 

Səyyar tibbi aksiyanın məqsədi vətəndaşlara tibbi xidmətlərin əlçatanlığını təmin etməkdən, əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.

 

Sakinlər aksiyanın təşkilatçılarına və həkim briqadasına minnətdarlıqlarını bildiriblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər