Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Ağalı kəndində 163 nəfər oftalmoloji müayinə olunub
27.05.2024 15:50
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən akademik Zərifə Əliyevanın anadan olmasının 101 iliyinə həsr olunmuş növbəti aksiya Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib.
 
Milli Oftalmologiya Mərkəzindən Aztibb.az-a verilən məlumata görə, aksiya çərçivəsində 163 nəfər oftalmoloji müayinə olunub.
 
Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar edilib.
 
Aksiyanın keçirilməsində məqsəd əhaliyə yerindəcə xidmət göstərərək, onların görmə patologiyasının erkən diaqnostikasını aşkar edərək həll olunmasına köməklik göstərmək, profilaktik müalicə tədbirləri həyata keçirməkdir.
 
Aksiya zamanı göstərilən müayinə və müalicə vasitəsitələri pasiyentlərin həyat keyfiyyətinin və ümumi rifahın yaxşılaşmasına səbəb olur.
 
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri t.ü.f.d. Nərminə Hacıyeva, Lamiyə Həsənzadə və rezident Nuranə Ələkbərova tərəfindən həyata keçirilib.
 
Eyni zamanda, Səyyar Klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov və sürücü Vasif Nəsirov da aksiyada iştirak ediblər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib