İş yerlərində fiziki aktivliyin təbliği məqsədilə maarifləndirici tədbir keçirilib  
28.05.2024 09:22
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Həmkarlar İttifaqının Respublika Komitəsinin baş texniki əmək və əməyin texniki müfəttişləri (Aviasiya, Azərbaycan Milli Elmlər Akademiyası, Bələdiyyə, Baku Steel Company, Elektroenergetika və Elektrotexnika Sənayesi, Fövqəladə Hallar Nazirliyi, Azərsu, Kənd-Qida-İş Həmkarlar İttifaqı Federasiyası, Mədəniyyət, Müdafiə Sənayesi, Neft və Qaz Sənayesi, Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye, Təbii Sərvətlər və Ekologiya, Təhsil, Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri) işçiləri üçün “İş yerlərində fiziki aktivliyin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) xəbər verilib.
 
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin nümayəndəsi Elnarə Nuriyeva təqdimatla çıxış edərək sağlam həyat tərzi keçirməyin və fiziki aktiv olmağın əhəmiyyəti barədə ətraflı məlumat verib, gün ərzində ən azı 60 dəqiqə fiziki aktivliyə vaxt ayırmağın zəruriliyini, eyni zamanda yaxın məsafələrə piyada getməyin, pilləkənlə qalxıb-enməyə üstünlük verməyin əhəmiyyətini vurğulayıb.
 
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova iştirakçılar tərəfindən verilən sualları cavablandırıb, sağlam həyat tərzinə dair faydalı tövsiyələri nəzərə çatdırıb.
 
Yekunda tədbir iştirakçılarına İSİM tərəfindən hazırlanaraq çap olunan maarifləndirici materiallar təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır