ATU-da Kitab klubunun təşkilatçılığı ilə II Poeziya müsabiqəsi keçirilib  
27.05.2024 15:44

Azərbaycan Tibb Universitetinin (ATU) THİK -in nəzdində olan Kitab klubunun təşkilatçılığı ilə Tədris-Terapevtik klinikasında II Poeziya müsabiqəsi keçirilib. 

 

Universitetdən Aztibb.az-a bildirilib ki, ATU-nun Kitab klubunun sədri, Müalicə-profilaktika fakültəsinin tələbəsi Rüfət Həsənli tədbir iştirakçılarına klubun fəaliyyətindən danışıb və müsabiqə şərtləri haqqında məlumat verib.

 

R.Həsənlinin sözlərinə görə, bu formatda tədbirlər tələbələr arasında poeziyaya olan marağın artması məqsədi ilə təşkil olunur. Bu il müsabiqəyə Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri də qatılıb.

 

Azərbaycan dili kafedrasının dosenti, f.e.n. Dürdanə Nağıyeva və kafedranın baş müəllimi Elnarə Məmmədovanın münsiflər heyəti kimi iştirak etdiyi yarışda I yerə – Vüsal Əşrəfli, II yerə – Nəcibə Allahverdiyeva, III yerə – Sədəf Musayeva layiq görülüblər. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır