ATU-nun III kurs tələbələri klinik bacarıqdan imtahan verib  
27.05.2024 12:42

Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbələri Ailə təbabəti kafedrasında klinik bacarıqlardan imtahan (OSKİ) verib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, tələbələr əsasən, ağciyərlərin və ürəyin müayinəsi (palpasiyası, perkussiyası, auskultasiyası), arterial nəbzin müayinəsi və ölçülməsi, EKQ-nin təsviri və çəkilişi də daxil olmaqla, öz bacarıqlarını nümayiş etdiriblər.

 

İmtahanın gedişinə nəzarət edən II Müalicə-profilaktika fakültəsinin III-IV kurslar üzrə dekan müavini, dosent Arzu Bəydəmirova imtahanın qəbulunda kafedranın bütün əməkdaşlarının iştirak etdiyini bildirib. Onun sözlərinə görə, imtahanın nəticəsi 80 balla qiymətləndirilir və tələbələr üçün obyektiv şərait yaradılıb. Tələbələrin imtahanda göstərdiyi nəticələr qaneedici olub.

 

Kafedranın müdiri, professor İbrahim İsayev qeyd edib ki, imtahan prosesi zamanı tələbələr tərəfindən qayda pozuntularına yol verilməyib: “Universitetimizdə tədrisin keyfiyyətinin artırılması həmişə prioritet məsələ olub. Bu istiqamətdə hər il çoxsaylı qərarlar qəbul edilir. Hazırda ikinci semestrdir ki, bizim kafedrada OSKİ imtahanları uğurla həyata keçirilir. Gələcəkdə kafedrada digər fənlərdən də OSKİ imtahanlarının təşkil olması məsələsi gündəlikdədir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır