Qazaxıstanın Çimkənd Tibb Akademiyasının bir qrup tələbəsi Mərkəzi Gömrük Hospitalını ziyarət edib
25.05.2024 15:09

Cənubi Qazaxıstan Çimkənd Tibb Akademiyasının Azərbaycan Tibb Universitetində rotasiya keçən bir qrup tələbəsi Mərkəzi Gömrük Hospitalını ziyarət edib.

 

Bu barədə Aztibb.az-a Hospitaldan məlumat verilib.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev tələbələrə Mərkəzi Gömrük Hospitalının tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib, onları şöbələrin işi ilə tanış ediblər.

 

Tədbir çərçivəsində Çimkənd Tibb Akademiyasının Müalicə işi fakültəsinin IV qrup tələbələri - Validi Tahmina, Şakhidulla Ayimjan, Abdumutal Şağınış, Nuraliyev Aman və Primkul Askar Mərkəzi Gömrük Hospitalının Radiologiya, Nefrologiya və Efferent Terapiya, Kardiologiya, Reanimasiya, Laboratoriya, Patomorfologiya, Təcili Tibbi Yardım və digər şöbələrində olub, orada aparılan müayinə və müalicə prosesi, eləcə də ən müasir tibbi avadanıqlar barədə ətraflı məlumatlandırılıblar.

 

Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu, Kardiocərrahiyyə şöbəsinin rəisi, ürək-damar cərrahı Elməddin Əliyev, Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova, Anesteziologiya və Reanimasiya şöbəsinin anestezioloq-reanimatoloqu Xəyal Məmmədov, Radiologiya şöbəsinin rəisi Eldəniz Hüseynov və rentgenoloq Nataliya Astraxanseva tələbələrə şöbələrdə aparılan tibbi xidmətlər barədə danışıb, Nefrologiya və Efferent Terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov şöbədə və Elvin Əzizov aparılan tibbi xidmətlərdən birini əyani nümayiş etdiriblər.

 

Tədbirin sonunda Planlaşdırma və Marketinq şöbəsinin PR üzrə mütəxəssisi Dilara Zamanova tələbələrə Mərkəzi Gömrük Hospitalının fəaliyyətini əks etdirən çarxlar və süjetləri nümayiş etdirib. Çimkənd Tibb Akademiyasının tələbələri təcrübə mübadiləsində böyük əhəmiyyət kəsb edən ekskursiyaya görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyevə, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayevə və onlara məlumatlar verən bütün personala təşəkkürünü bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır