Səhiyyə Nazirliyi elektron reseptlərlə bağlı əhaliyə müraciət edib  
24.05.2024 14:53

Nazirlər Kabinetinin 2023-cü il 14 aprel tarixli Sərəncamına əsasən, Səhiyyə Nazirliyi 2024-cü il may ayının 1-dən etibarən ölkədə səhiyyə sahəsində rəqəmsallaşdırma çərçivəsində önəmli addımlardan olan Elektron Resept Platformasını istifadəyə verib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, kağız blanklar üzərində əl ilə yazılan reseptlərdən fərqli olaraq, elektron reseptin itirilməsi, zədələnməsi mümkün deyil. Elektron reseptlərdə yalnız dövlət qeydiyyatından keçən və qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənən dərman preparatlarının təyin edilməsi və apteklər tərəfindən satışı nəzərdə tutulur. Bu da öz növbəsində əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, eyni zamanda, şəffaf qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir.

 

Səhiyyə Nazirliyi vətəndaşları öz istehlakçı hüquqlarının qorunması naminə, reseptlərinin təyin və təmin olunması zamanı ilə bağlı bu prosesləri “Elektron resept” tətbiqi vasitəsilə aparılması üçün təşəbbüs göstərməyə və buna əməl etmələri üçün həm təyin edən tibb işçiləri, həm də əczaçılardan tələb etməyə çağırır.

 

Buna əməl edilmədiyi təqdirdə, vətəndaşların Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar xətt” nömrələri ilə (099412-431-38-28; 099455 531-38-28 (“WhatsApp”) əlaqə saxlamağı tövsiyə edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır