BMT: Qəzzada yoluxucu xəstəliklər sürətlə artır
24.05.2024 14:30

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin 8 aydır hücumlarını davam etdirdiyi və humanitar fəlakətə səbəb olduğu Qəzza zolağında yoluxucu xəstəliklərin artdığını açıqlayıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) X sosial media hesabında etdiyi açıqlamada Qəzzadakı vəziyyətlə bağlı məlumat verilib.

 

Məlumatda bildirilir: "Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada yoluxucu xəstəliklərin, o cümlədən ishal və Hepatit A-ya şübhəli halların artdığını bildirib".

 

Açıqlamada məcburi köçkünlərin sığındığı sığınacaqlarda həddindən artıq sıxlığın və məcburi köçkünlük nəticəsində yaranan məhdud gigiyena şəraitinin ciddi sağlamlıq riskləri yaratdığı vurğulanıb. Qeyd olunub ki, Qəzza zolağında məcburi köçkünlük səbəbindən 1 milyon 95 fələstinlidə yoluxucu xəstəliklər aşkarlanıb, təxminən 20 min Hepatit A xəstəsi qeydə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır