Pasiyentləri ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq - Rəna Əliyeva
27.05.2024 17:05
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə gözlənilməz hallarda pasiyentlərə qayğı və köməyini əsirgəməyən, onları ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran Respublika Neyrocərrahiyyə Xəstəxanasının anestezioloq-reanimatoloqu Rəna Əliyevadan bəhs edəcəyik.
 
O, 1976-cı ildə Qazax rayonunda anadan olub. 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1996-1998-ci illərdə tələbə olarkən Respublika Neyrocərrahiyyə Xəstəxanasında orta tibb işçisi kimi fəaliyyət göstərib. 1998-1999-cu illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında Anesteziologiya, reanimasiya və intensiv terapiya ixtisası üzrə internatura kursu keçib.
 
Rəna Əliyeva 2000-ci ildən Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq vəzifəsində çalışır. Eyni zamanda, 2024-cü ildən Respublika Neyrocərrahiyyə Xəstəxanasında Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri vəzifəsini icra edir.
 
Mütəmadi olaraq həkimlərin təkmilləşmə kursundan müvəffəqiyyətlə keçir. O, COVID-19 pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 1 saylı modul tipli xəstəxanada həkim-anestezioloq kimi fəal iştirak edib.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub