Xətai Tibb Mərkəzində Təməl Həyata Dəstək təlimi keçirilib
23.05.2024 11:57
TƏBİB-in tabeliyindəki Xətai Tibb Mərkəzində Təməl Həyata Dəstək (BLS) təlimi keçirilib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, həkim-nevroloq, klinik protokollar üzrə məsul şəxs Günel Adıgözəlovanın təşkilatçılığı ilə baş tutan təlimdə hadisə yerinin qiymətləndirilməsi, böyüklərdə, uşaqlarda və körpələrdə huşun qiymətləndirilməsi, ürək dayanmaları zamanı CPR (ürək, ağciyər reanimasiyası) tədbirlər barədə məlumat verilib.
 
Avtomatik Xarici Defibrilyatordan istifadə qaydaları, böyüklərdə, uşaqlarda və körpələrdə ürək-ağciyər reanimasiyasının fərqləri, tənəffüs yollarının yad cisimlə obstuksiyasının təyini və kənarlaşdırılması mövzuları da təlimdə əhatə olunub. Həmçinin Ambu kisəsi və maska vasitəsilə süni və dəstəkləyici ventilyasiyanın aparılması prosesi göstərilib.
 
Sonda xəstəxanadakı “Mavi Kod” xidmətinin təşkili istiqamətləri üzrə keçirilən təlimdə iştirak edən həkim və orta tibb işçilərinə BLS sertifikatı təqdim edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Hövsan Tibb Mərkəzinin həkimi Adil Qubadov vəfat edib
 Tədris Cərrahiyyə Klinikasında uğurlu diz protezi əməliyyatı icra olunub   
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Tibb Bacıları Günü münasibətilə tədbir keçirilib
 Türkiyə Respublikasının Tokat Qaziosmanpaşa Universitetinin əməkdaşı ATU-da təcrübə keçib   
Professor Gəray Gəraybəyli Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi ilə görüşüb
Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti ilə görüşüb
Pirallahı Tibb Mərkəzi tərəfindən Ümummilli Liderin 103-cü ildönümünə həsr olunan velomarafon təşkil edilib
Uşaqlıq boynu xərçəngönü xəstəliklərinin erkən aşkarlanmasında kolposkopiyanın rolu
Şahbuz rayonunun Kolanı kəndində tibbi aksiya
 Mərkəzi Gömrük Hospitalının həkimləri professor Hikmət Əlizadəni kliniki ölümdən xilas edib   
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi müdaxilə
 “Tibbi genetikada bildiklərimiz və yeniliklər” mövzusunda elmi seminar keçirilib   
Diaqnoz Tibb Mərkəzinin radioloqu Çində beynəlxalq konfransda iştirak edib
Sabunçu Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Protein sağlam qalmaq üçün vacib qida maddəsidir - Fərhad Burzu