Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində müsahibə mərhələsindən uğurla keçmiş namizədlərlə görüş olub
22.05.2024 16:13
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində işə qəbul prosesinin tənzimlənməsi məqsədilə TƏBİB-də Müsabiqə komissiyası yaradılıb. Müvafiq əmrə əsasən işə qəbul prosesi mütəxəssislərdən ibarət komissiya tərəfindən həyata keçirilir.
 
Bu barədə Aztibb.az-a Mərkəzdən məlumat verilib.
 
Mərkəzin direktoru Mirələm Cəlalov növbəti müsahibə mərhələsindən uğurla keçmiş bir qrup namizədlə görüşüb.
 
Yeni yaradılan Respublika Təcili Tibbi və Təxirəsalınmaz Yardım Mərkəzi haqqında məlumat verən M.Cəlalov bildirib ki, məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır.
 
Sonda Mərkəzin direktoru namizədlərə bu çətin və şərəfli işdə müvəffəqiyyətlər arzu edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır