Şəhid ailələri üzvləri və son nəsil protezlərlə təmin edilmiş əlilliyi olan şəxslərin iştirakı ilə ağacəkmə aksiyası təşkil edilib
22.05.2024 17:42

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası təşkil edilib.

 

Bu məlumat Aztibb.az-a Agentlikdən verilib.

 

Qeyd olunub ki, aksiyada şəhid ailələri üzvləri və yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilmiş, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, ekokönüllülər iştirak ediblər. 

 

Aksiya zamanı Bakının Müşfiqabad qəsəbəsində 1 hektar ərazidə torpaq-iqlim şəraitinə uyğun 100-dən çox zeytun və şam ağacları əkilib. 

 

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır