Göz rənginin dəyişdirilməsi əməliyyatları korluğa səbəb ola bilər
25.05.2024 11:20

Son zamanlar xüsusilə sosial mediada göz rəngi dəyişdirmə əməliyyatları tez-tez paylaşılır. Seçilmiş rəngin gözə tətbiq oluna biləcəyi əməliyyat böyük risklər daşıyır. Göz hipertoniyası və katarakta kimi xəstəliklərə səbəb olan bu əməliyyat korluğa belə səbəb ola bilər.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Amerika və bəzi Avropa ölkələrində geniş vüsət alan bu əməliyyat ciddi risklər daşıyır.

 

Göz rənginin dəyişdirilməsi əməliyyatları bir çox xəstəliyə səbəb olur. İşığa qarşı həssaslıq və görmə itkisi bu pozğunluqlar arasındadır.

 

Həkimlərin icazəsi olmadan heç bir əməliyyata üstünlük verilməməsi barədə xəbərdarlıq edən türkiyəli oftalmoloq Emel Çolakoğlu, bu əməliyyatın FTA təsdiqi olmayan bir tətbiq olduğunu bildirib.

 

"İrisdəki piqmentlər, yəni rəngli hissə lazer işığı ilə və ya soyucu iynənin köməyi ilə sıyrılır və ya lazer şüası atılaraq həmin piqmentlər oradan çıxarılır", - deyən Çolakoğlu, bu şəkildə o nahiyədəki piqmentin azalması səbəbindən gözün rənginin daha açıq olduğunu söyləyib. O, trabekulyar şəbəkə adlanan sistemdən gələn piqmentlərin gözün içindəki təzyiqi yaradan mayenin yolunu bağladığını və nəticədə korluğa səbəb ola biləcəyini qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır