Şirvan Şəhər Mərkəzi Xəstəxanasının kardioloqu - Zaur İmanov
23.05.2024 09:56
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Zaur İmanovu oxuculara təqdim edəcəyik.
 
İmanov Zaur Əbülfəz oğlu 6 yanvar 1978-ci il Sabirabad rayon Muğangəncəli kəndində anadan olub. 1994-2000-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi ixtisası üzrə təhsil alıb. 2000-2001-ci illərdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında terapiya ixtisası üzrə internatura keçib.
 
O, 2001-2009-cu illərdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Stasiyasında həkim kimi fəaliyyət göstərib. 2003-2006-cı illərdə daMediklabda həkim işləyib.
 
2019-2023-cü illərdə Şirvan Müalicə Diaqnostika Mərkəzində, 2019-2020-ci illərdə Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riad şəhərində, 2021-ci ildə Medilyuks klinikasında həkim-kardioloq işləyib. 2023-cü ildən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-kardioloq vəzifəsində çalışır.
 
Həkim müxtəlif kurslarda iştirak edib, ACLS, PALS kimi beynəlxalq sertifikatları var. O, Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdür.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır