Qusarda "Diabet günü" adlı elmi-nəzəri konfrans keçirilib
21.05.2024 14:05
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qusar Rayon Mərkəzi Xəstəxanasında "Diabet günü" adlı elmi-nəzəri konfrans keçirilib.
 
Qusar RMX-dan Aztibb.az-a bildirilib ki, tədbirdə səhiyyə işçiləri, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından dəvət olunan həkim-endokrinoloq, Tip1 diabet xəstəliyindən müalicə alan uşaqlar və onların valideynləri iştirak ediblər.
 
Konfransı giriş nitqi ilə rayon Xəstəxanasının direktoru Kamil Hacıyev açaraq mövzu ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, TƏBİB rəhbərliyi imtiyazlı xəstələr arasında çoxluq təşkil edən şəkərli diabetdən əziyyət çəkən pasiyentlərə qarşı xüsusi qayğı ilə yanaşılır. Həmin xəstələrin müalicələri TƏBİB tərəfindən vaxtında aparılır və onlar müalicə üçün təmənnasız dərmanlarla təmin edilir.
 
Tədbirdə çıxış edən həkim-endokrinoloq İnci Saruxanova Tip 1 diabet və ya insulindən asılı olan uşaqlara diabet haqqında ətraflı məlumat verib. Qeyd edib ki, həmin xəstəlik əsasən 5-20 yaşlar arasında rast gəlinir və bu xəstələrdə xəstəliyin başlanğıcından mütləq insulin müalicəsi aparılmalıdır.
 
Sonda müəssisə rəhbəri, baş həkim və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından dəvət olunan həkim-endokrinoloq tərəfindən valideynlərin çoxsaylı sualları cavablandırılıb.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır