“Həkimlərimizi tanıyaq!” rubrikasının növbəti buraxılışı
21.05.2024 10:02
“Həkimlərimizi tanıyaq!” rubrikamızda pasiyentlərin etimadını qazanmış, səmimiyyəti və peşəkarlığı ilə seçilən travmatoloq-ortoped İdris Səbuhi oğlu Əliyevi Sizə təqdim edirik.
 
O, 1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda internatura keçib.
 
İdris Əliyev 2006-2010-cu illərdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində həkim-travmatoloq işləyib, 2010-cu ildən xəstəxananın Cərrahiyyə şöbəsində həkim-travmatoloq vəzifəsində çalışır.
 
Həkim Qarabağ qazilərinə, şəhid ailələrinə, veteranlara göstərdiyi xüsusi diqqət və qayğıya, eyni zamanda 44 günlük Vətən müharibəsindəki xüsusi tibbi xidmətlərinə görə Mingəçevir şəhər Qarabağ Qaziləri İctimai Birliyinin fəxri üzvü seçilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır