Dağlıq Şirvan bölgəsində yerləşən tibb müəssisələrinin fəaliyyətinə dair regional toplantı keçirilib
21.05.2024 10:47
Regionlarda yerləşən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tibbi və qeyri-tibbi personalın təlimlərə cəlb olunması, uzman həkimlərin bölgələrə cəlb olunması, vətəndaşların keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunması istiqamətində işlər davam etdirilir. Dağlıq Şirvan bölgəsində yerləşən tibb müəssisələrinin mövcud vəziyyətini təhlil etmək, çatışmazlıq və prioritetləri müzakirə etmək məqsədilə regional toplantı keçirilib.
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tədbirdə qurumun İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorun müşaviri Elnur Qurbanov, qurumun aidiyyəti məsələlər üzrə şöbə müdirləri, Dağlıq Şirvan tibbi ərazi bölməsi üzrə xəstəxana direktorları və digər rəsmi şəxslər iştirak ediblər.
Toplantını giriş sözü ilə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov TƏBİB-in əsas prioritetlərindən, görülən işlər, çətinlik və hədəflərdən danışıb.
Hesabat çıxışı üçün ilk söz Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanova verilib. Müəssisə rəhbəri xəstəxananın fəaliyyəti və hazırkı strukturu, eləcə də gənc kadrların prosesə cəlb olunması istiqamətində aparılan işlərdən danışıb. O, stasionar və ambulator xidmətlərdə əvvəlki illərə nisbətən müşahidə olunan artımlar barədə də məlumat verib.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhədov çıxışında yaxın günlərdə istifadəyə verilən yeni xəstəxana haqqında məlumat verərək bildirib ki, bu yenilik əhalinin tibbi xidmətlərdən daha səmərəli istifadəsinə şərait yaradıb. Ceyhun Əhədov xəstəxanada əhaliyə göstərilən tibbi xidmətlərin bütün istiqamətlərində artım müşahidə olunduğunu vurğulayıb.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov da görülən işlər və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib. Direktor ilkin səhiyyə xidmətinin keyfiyyətinin artırılması istiqamətində son dövrlər icra olunan tədbirlərin əhəmiyyətini vurğulayıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru Məcid Əliyev isə çıxışında kardioloji xidmətlərin əlçatan olması istiqamətində həyata keçirilən yeniliklərə diqqət çəkib. O, həmçinin şöbələrin fəaliyyətinə və xəstəxanada aparılan cari təmir işlərinə toxunub.
Oğuz Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Əzizov xəstəxanada görülən işlər və vətəndaş məmnunluğunun təmin edilməsi ilə yanaşı, kadr çatışmazlığı məsələlərindən də danışıb.
Qax Rayon Mərkəzi Xəstəxanasının direktoru Tərlan Əhmədzadə cari ildə aparılan əməliyyatlar və xəstə qəbulu haqqında ümumi məlumat verib. Direktor kadr çatışmazlığının aradan qaldırılması, maliyyə dayanıqlığı və s. istiqamətlərdə atılan addımlardan söz açıb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva xəstəxanada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və müxtəlif istiqamətlərdə optimallaşdırma məqsədilə görülən işlərdən, çatışmazlıq və problemlərdən danışıb.
Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva isə daha çox kadr potensialının gücləndirilməsi, cari ildə stasionar və ambulator xidmətlərdə göstəricilərin müsbət istiqamətdə dəyişməsini diqqətə çatdırıb.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov tibbi xidmətin keyfiyyətinin artırılmasına yönəlik tədbirlərlə yanaşı, xəstəxananın infrastruktur cəhətdən gücləndirilməsi baxımından atılan addımlardan bəhs edib.
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova çıxışında ölkə rəhbərinin səhiyyə sisteminə diqqətindən danışaraq toplantı iştirakçılarını müəssisədəki yenilik və çatışmazlıqlar haqqında məlumatlandırıb.
Hesabatlar dinlənildikdən sonra TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və İcraçı direktorun müşaviri Elnur Qurbanov region üzrə müşahidə olunan tibbi xidmətlərin dinamik göstəricilərinə toxunub. Bildirilib ki, TƏBİB istər region xəstəxanalarının maddi-texniki təminatının gücləndirilməsi, istərsə də bölgələrdə müşahidə olunan həkim potensialının gücləndirilməsi istiqamətində işləri davam etdirir.
Toplantının əhəmiyyətindən danışılarkən vurğulanıb ki, tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması və daha səmərəli idarəetmə üsullarının tətbiqi qurumun başlıca məqsədlərindən biridir.
Bu bölməyə aid digər xəbərlər
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

