Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi - Tahir Hüseynov
20.05.2024 16:58
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə Şirvan Mərkəzi Xəstəxanasının həkim travmatoloq-ortoped Tahir Hüseynovdan bəhs edəcəyik.
 
Hüseynov Tahir Allabağış oğlu 15 sentyabr 1975-ci ildə Yardımlı rayon Horavar kəndində anadan olub. 1992-1998-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisası üzrə təhsil alıb. 1998-1999-cu illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasında anesteziologiya-reanimatologiya ixtisası üzrə internatura keçib.
 
O, 1999-2001-ci illərdə Sumqayıt şəhəri 2 saylı Xəstəxanada, 2001-2006-cı illərdə İrkutsk vilayətində, Kaçuq Mərkəzi Rayon Xəstəxanasında anestezioloq-reanimatoloq vəzifəsində çalışıb.
 
2006-2008-ci illərdə İrkutsk şəhərində Rusiya Tibb Elmləri Akademiyasının Sibir Bölməsinin Şərqi Sibir Elmi Mərkəzi Rekonstruktiv və Bərpa Cərrahiyyəsi Elmi Mərkəzində travmatologiya və ortopediya ixtisası üzrə klinik ordinatura keçib.
 
Tahir Hüseynov 2008-2014-cü ildə İrkutsk vilayəti Kazacincko-Lenskiy Mərkəzi Rayon Xəstəxanasında travmatologiya-ortoped, 2015-ci ildə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində həkim-travmatoloq, 2015-2023-cü ildə Şirvan Müalicə Diaqnostika Mərkəzinin Cərrahiyyə şöbəsində travmatoloq-ortoped kimi fəaliyyət göstərib. 2023-cü ildən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının II Cərrahiyyə şöbəsində həkim travmatoloq-ortoped vəzifəsində çalışır.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır