Psixoloq tələbələrin suallarını cavablandırıb  
19.05.2024 11:29

ATU-nun Tələbə Gənclər Təşkilatının Hərbi tibb fakültəsi üzrə sədri Nəriman İskəndərovun təşkilatçılığı və fəal tələbələrdən İradə Həsənova, Rüfət Həsənli və Aytəkin Quliyevanın təşəbbüsü ilə tələbələrin çoxsaylı istəkləri nəzərə alınaraq, “Susmayan düşüncələr” adlı seminar keçirilib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, tədbirin qonağı olan tanınmış psixoloq Aytac Nağılı tələbələrlə görüşün məqsədinin gənclərin öz daxili dünyalarını tanımalarına dəstək olmaq, onların özləri və ətraf mühitlə əlaqələrinə təsir edən başlıca amilləri şərh etmək, şəxsin daxili dünyasında apardığı səssiz söhbətlərin onun istək və motivasiyalarına necə təsir bağışladığını göstərmək olduğunu bildirib. Əlavə edib ki, görüşdə məqsəd həm də gənclərimizin fərqindəlik qazanaraq müəyyən qədər öz həyatlarına toxuna bilmələrinə dəstək olmaqdır: “Daha rahat və xoşbəxt necə yaşayaram” deyə özünə sual verə bilirsənsə, deməli, fərqindəlik yaratmağın və yaratdığın fərqindəlikdən istifadə etməyin zamanı gəlib çatıb”.

 

Psixoloq gənclərin mənəvi cəhətdən özlərini daha yaxşı tanımaları, daxili potensiallarını üzə çıxarmaları, problemi həlletmə bacarıqları haqqında ətraflı məlumat verib. Adətən yeniyetmə və böyüklərlə çalışdığını deyən A.Nağılı gənclərə bir sıra məsələlərin həllində soyuqqanlı olmağı, qarşılaşdıqları çətinlikləri təbii qəbul etməklə adiləşdirməyi tövsiyə edib. Psixoloq gəncliyi düşündürən məsələlərlə bağlı fikirlərini bölüşərək, onlar arasında yaranan münasibətlərin düzgün məcrada davam etməsinin istiqamətləri və nəticələri barədə geniş, məzmunlu söhbət aparıb.

 

İştirakçıların suallarına həssaslıqla yanaşan Aytac xanım cavablarında hər şeydən əvvəl onların özlərini tapmasına, qarşılaşdıqları çətinlikləri təbii qəbul etməklə çıxış yolunu müəyyənləşdirmələrinə psixoloji baxımdan köməklik göstərə bilib.

 

Tələbələrin böyük marağına səbəb olan seminarda, həmçinin Hərbi tibb fakültəsindən tibb xidməti polkovniki Şahin Süleymanov, Normal fiziologiya kafedrasının dosenti Rəşid Mahmudov və bir sıra kafedraların müəllimləri iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır