"Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilib
14.05.2024 13:29
Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) "Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
 
STM-dən Aztibb.az-a verilən xəbərə görə, öncə məişət zorakılığından bəhs edən videoçarx nümayiş olunub.
 
Daha sonra tədbiri giriş sözü ilə açan 1 nömrəli ASM-nin baş həkimi Təranə Mansurova məişət zorakılığının cəmiyyətin ən böyük problemlərindən biri olduğunu bildirib. O, qeyd edib ki, məişət zorakılığın qarşısının alınması insanların təhlükəsizliyin təmin olunmasında böyük əhəmiyyət kəsb edir, məişət zorakılığı və ya ailədə zorakılıq halları tək bir ailə üçün yox, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.
 
Tədbirdə digər çıxış edənlər ASM-nin Pediatriya şöbəsinin müdiri Şəbnəm Səlimova və həkim-pediatr Şəlalə Nəcəfova məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsinin vacibliyindən danışıblar.
 
Qeyd edilib ki, bir çox hallarda məişət zorakılığı qurbanı olan şəxslər onlara qarşı törədilənlər barədə susur və bunlara dözməkdə davam edir: “Onlar qorxudan yaxud utandıqlarından bu barədə heç kimə heç nə söyləmirlər, eyni zamanda yeni zorakılıq burulğanına düşməkdən ehtiyat edirlər. Lakin unudurlar ki, bununla da həmin şəxslər özlərinin və yaxınlarının həyatını daha da təhlükəyə atırlar”.
 
Tədbirdə iştirak edən valideynlərdən biri başına gəlmiş zorakılıq hallarından danışaraq, vaxtında lazımı addımlar atmadığından təəssüflüyünü bildirib.
 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır