Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib
30.04.2024 15:08

Bakı Baş Səhiyyə Mərkəzi Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya həyata keçirib.

 

Bu məlumat Aztibb.az-a TƏBİB-dən verilib.

 

Tibbi aksiya zamanı sığınacaq müəssisəsinin 30-dan çox sakini tibbi müayinələrdən keçirilib, ümumilikdə 120-dən çox tibbi xidmət göstərilib.

 

Aksiyada Bakı Baş Səhiyyə Mərkəzinin direktor müavini Ləman Mursaqulova, qurumun İxtisaslı tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Aytən Sultanova və Zabrat Sağlamlıq Mərkəzinin tibbi heyəti iştirak edib.

 

Terapevt, cərrah, nevroloq, oftalmoloq, otorinolarinqoloq, kardioloq, endokrinoloq və s. həkim-mütəxəssislərin müayinələrini əhatə edən tibbi müayinələr zamanı sakinlər, həmçinin elektrokardioqramma (EKQ) və şüa-diaqnostikası (USM) kimi diaqnostik müayinələrdən keçirilib. Həkim təyinatına əsasən, onlardan müvafiq olaraq laborator analiz nümunələri götürülüb.

 

Xəstələr üzərində aparılan bütün tibbi müayinələr onlar üçün açılan ambulator tibbi kitabçalarda qeyd olunub, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “e-Tabib” sistemində qeydə alınıb. İlkin müayinələr zamanı 6 nəfərə essential hipertenziya, 2 nəfərə xroniki pankreatit, 2 nəfərə xroniki xolesistit, 2 nəfərə sabit gərginlik stenokardiyası, gözün buynuz qişasının bulanması, diabetik retinopatiya, bud-çanaq oynağının koksartrozu və s. kimi 40-dan çox müxtəlif diaqnozlar qoyulub. Xəstələrə müxtəlif dərman müalicələri təyin olunub, 2 nəfərə isə əməliyyat üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrinə göndəriş vərəqəsi verilib.

 

Sığınacaq müəssisəsinin rəhbərliyi və sakinlər onlar üçün yaradılan bu şəraitə görə Bakı Baş Səhiyyə Mərkəzinin, o cümlədən TƏBİB-in rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, səyyar şəkildə tibbi aksiyanın həyata keçirilməsindən öz məmnunluqlarını ifadə ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib