Yenidoğulan körpə Yeni Klinika komandası tərəfindən xilas edilib
23.04.2024 17:15
Diafraqma yırtığı ilə doğulan körpə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunan uğurlu cərrahi əməliyyatdan sonra evə yazılıb.
 
Hamiləliyin 30-cu həftəsində bətndəki körpəyə diafraqma (döş boşluğu ilə qarın boşluğunu ayıran əzələ təbəqəsi) yırtığı diaqnozu qoyulan hamilə pasiyent Yeni Klinikanın Uşaq cərrahiyyəsi, Neonatologiya və Mama-ginekologiya şöbələrində nəzarətə götürülüb.
 
Yeni Klinikadan Aztibb.az-a verilən məlumata görə, 37-ci həftəsində doğulan körpə Yenidoğulmuşların reanimasyasında təqibə alındıqdan 2 gün sonra cərrahi əməliyata alınıb.
 
Uşaq cərrahı, uzman həkim Orxan Fərzəliyev tərəfindən döş boşluğunda yerləşən dalaq, mədə, incə və qalın bağırsaqlar qarın boşluğuna endirildikdən sonra körpə Yenidoğulmuşların reanimasiyasında təqibə alınıb.
 
Uşaq cərrahiyyəsi, Neonatologiya, Mama-ginekologiya və Anesteziologiya şöbələrinin multidisiplinar yanaşmaları sayəsində sağlamlığına qovuşan körpə 10 gün sonra evə yazılıb.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası