Azərbaycan Universitetində sağlam həyat tərzi təbliğ və təşviq edilib
21.04.2024 22:36

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycan Universitetində tələbə və müəllimlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

 

İSİM-dən Aztibb.az-a bildirilib ki, tədbirin təşkilində məqsəd əhali, xüsusən gənc nəsil arasında sağlamlığın qorunması, xəstəliklərin profilaktikası ilə bağlı məlumatlılığın artırılması olub. 

 

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva geniş təqdimatla çıxış edərək sağlam həyat tərzi barədə ətraflı məlumat verib, zərərli vərdişlərin ətraf mühitə və insan orqanizminə təhlükəli təsirlərindən söz açıb.

 

O, Ümumdünya Səhiyyə Təşkilatının zərərli vərdişlərlə bağlı statistikasını diqqətə çatdırıb. Bildirib ki, tütün tüstüsünün tərkibində 7 minə qədər kimyəvi birləşmənin mövcud olduğu sübut edilib. Bu maddələrdən 250-si xüsusi təhlükəli toksik maddədir və tütünçəkmə nəticəsində hər il təxminən 8 milyon insan dünyasını dəyişir ki, onların 1 milyonu passiv tütünçəkənlərdir.

 

İnteraktiv keçən tədbirdə iştirakçıların sualları cavblandırılıb, onlara sağlam qidalanmaq və hər gün fiziki aktivliyə vaxt ayırmaq tövsiyə olunub, maarifləndirmə materialları paylanılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır