Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
15.04.2024 15:32
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anım gününə həsr olunan konfrans keçirilib.
 
İnstitutdan Aztibb.az-a verilən məlumata görə, öncə Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
 
Tədbirin açılış nitqində Elmi- ədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d., dos. Aynur Poluxova, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Oftalmologiya Mərkəzinin həkim- oftalmoloqu t.ü.f.d. Nübar Haşımova, "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai birliyinin sədri Ziba Nəbiyeva çıxış ediblər.
 
Direktor çıxışında akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılıq fəaliyyətindən söz açıb. Bildirilib ki, onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
 
Vurğulanıb ki, Zərifə xanım Əliyeva mehriban ana, gözəl, sadə insan, eyni zamanda görkəmli alim kimi xatırlanır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Alimin “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib.
 
Qeyd olunub ki, akademik Zərifə Əliyeva nəsillərə örnək olacaq nümunəvi fəaliyyəti dövründə təkcə çalışdığı elm və tədris ocaqlarında, tibb müəssisələrində deyil, bütövlükdə çiyin-çiyinə yaşadığı ömür-gün yoldaşı ilə, sədaqətli övladları ilə birlikdə ölkənin ictimai həyatında yaxından iştirak edib.
 
Tədbirdə çıxış edən qonaqlar mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat və müdriklik örnəyi olan, eyni zamanda bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr verən Zərifə xanım Əliyevanın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla anılacağını diqqətə çatdırıblar.
 
Daha sonra Zərifə Əliyevaya həsr olunan videoçarx nümayiş etdirilib.
 
Konfransın elmi hissəsində Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Aysel Əkbərova “Yenidoğulmuşlarda göz patologiyaları, profilaktikası və müalicəsi” mövzusunda təqdimatla çıxış edib.
 
Sonda mövzu ətrafında geniş müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır