Gəncədə akademik Zərifə Əliyevanın xatirəsi anılıb
15.04.2024 12:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsində akademik Zərifə xanım Əliyevanın anım gününə həsr edilmiş tədbir keçirilib.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan xəbər verilib.
 
Acılış nitqi ilə çıxış edən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor İlkin İsmayılov Zərifə xanım Əliyevanın peşəkar həkim olmaqla yanaşı, həm də peşəsini vicdanla yerinə yetirən oftalmoloq-alim olduğunu bildirib. O, görkəmli alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi xidmətlərdən danışıb, onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb.
 
Daha sonra Oftalmologiya şöbəsinin müdiri Tələt Nəbiyev çıxış edərək bildirib ki, akademik Zərifə Əliyevanın effektiv mübarizə üsulları təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyır. O, Zərifə xanımın bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını vurğulayıb.
 
Qeyd edilib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator alim olub.
 
Tədbirdə Zərifə xanımın əziz xatirəsinin tanınmış həkim, görkəmli alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığı bildirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır