Goranboy Rayon Mərkəzi Xəstəxanasında Ramazan bayramı münasibətilə tədbir keçirilib
11.04.2024 13:55

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Goranboy Rayon Mərkəzi Xəstəxanasının akt zalında Ramazan bayramı münasibətilə tədbir keçirilib.

 

Tibb müəssisəsindən Aztibb.az-a bildirilib ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Teymurov kollektivi İslam dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Bildirib ki, İslam dininin humanist dəyərlərini özündə yaşadan və insanları birliyə, bərabərliyə, paylaşmağa səsləyən Ramazan ayı Azərbaycan xalqının mənəvi dünyasında xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz birgəyaşayışın, bərabərlik və qarşılıqlı anlaşmanın ideal məkanı, xalqımız bu kimi mütərəqqi dəyərlərin sadiq daşıyıcısıdır.

 

Arzu Teymurov qeyd edib ki, Ramazan bayramının fitrət və fəlsəfəsinin əsasını mənəvi zənginlik, yardımlaşmaq təşkil edir və orucluq ayini insanın sosial məsuliyyət hissini bir daha xatırladır.

 

O, çıxışının sonunda tədbir iştirakçılarına müqəddəs bayram münasibətilə cansağlığı, səadət və yeni uğurlar arzulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır