ABŞ-da inəklərdə virus aşkarlanıb, türk alimləri vəziyyəti araşdırıb
09.04.2024 13:46

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri Texasda bəzi inəklərdə quş qripi virusu aşkar edildikdən sonra məlumat mətni dərc edib. İstanbul Universiteti-Cərrahpaşa Baytarlıq Fakültəsinin professor-müəllim heyəti də ABŞ-dakı həmkarları ilə əlaqə saxlayıb və araşdırma aparıb.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

“Yüksək Patogen Quş Qripi A(H5N1) Virusu: İnsan İnfeksiyasının İdentifikasiyası və Tədqiqatlar və Müdaxilə üçün Tövsiyələr” başlıqlı mətndə ABŞ-ın müxtəlif ştatlarında müşahidə edilən H5N1 virusu ilə bağlı xəbərdarlıq edilib. Virusun mal-qara təsərrüfatlarında və süd təsərrüfatlarında yayıldığı bildirilib.

İlkin tapıntılara görə, virus 5 ştatda: Texas, Kanzas, Aydaho, Nyu Meksiko və Miçiqand, toyuqlarda, köçəri quşlarda, müxtəlif bölgələrdə mal-qarada və Texasda süd məhsulları istehsal edən müəssisənin işçisində konyunktivitə bənzər yüngül simptomlarla müşahidə edilib. Onun mal-qara ilə də yaxın təmasda olduğu bildirilir.

 

Süd istehsal edən müəssisədə çalışan şəxsə görə virusun 'mal-qaradan insana yoluxma' ehtimalının vurğulandığı və məsələnin elm adamları tərəfindən araşdırıldığı qeyd edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır