Ümumdünya Hemofiliya Gününə həsr olunan beynəlxalq konfrans keçirilib
09.04.2024 11:19
Səhiyyə Nazirliyinin dəstəyi və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilatçılığı ilə Ümumdünya Hemofiliya Gününə həsr olunan “Hemofiliyanın aktual problemləri. Ekspertlərin zirvə toplantısı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
 
Aztibb.az-ın məlumatına görə, açılış mərasimində çıxış edən institutun rektoru professor Nazim Qasımov hemofiliya və talassemiya kimi irsi genetik qan xəstəliklərinin xüsusiyyətləri, oxşar və fərqli cəhətləri haqqında ümumi məlumat verib. O, nadir hallarda kişilərdə rast gəlinən hemofiliya xəstəliyini düzgün müalicə etməklə gələcək nəsillərə sağlam həyat bəxş etməyin mümkün olduğunu diqqətə çatdırıb.
 
Hemofiliya xəstələrinin sayının artığını deyən professor Nazim Qasımov cəmiyyətin ağır və irsi qan xəstəliyi olan hemofiliya ilə bağlı məlumatlandırılmasının önəmini qeyd edib: "Məqsədimiz xəstələrin müalicəyə əlçatanlığını təmin etmək, onlara göstərilən tibbi xidmət keyfiyyətini yaxşılaşdırmaq, tibb işçilərinin bu sahədə biliklərini artırmaqdan ibarətdir. Hemofiliya xəstələrinin artma səbəbi ekoloji mühit, radiasiya və xüsusilə qohum nikahlardır”.
 
İstanbul Universitetinin rektoru professor Osman Bülent Zülfikar Qafqazda ilk Hemofiliya Mərkəzinin Azərbaycanda yaradıldığını vurğulayıb. Bildirib ki, qardaş ölkə Azərbaycanda qeydiyyatda olan xəstələr müayinə, müalicə və reabilitasiya baxımından hər cür xidmətlə təmin olunurlar.
 
Daha sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri, professor, dosent Elmira Qədimova dünyadakı hemofiliya xəstələrinin 80 faizinin lazımi dərman preparatları ilə təmin olunmadığını deyib. Qeyd edib ki, sadəcə 20 faiz ölkələr hemofiliya xəstələrini dərmanla təmin edirlər: “Azərbaycan həmin 20 faiz ölkələr sırasına daxildir. İnkişaf etmiş ölkələrdə olduğu kimi hazırda Azərbaycanda hemofiliya xəstələri ev şəraitində, ambulator və stasionar şəraitdə müalicə alırlar. Ötən il ölkəmizdə 54 hemofiliya xəstəsi ilkin qeydiyyata alınıb və təəssüf ki, onlardan 34 nəfəri 1-18 yaş arasında olan xəstələrdir”.
 
Konfransda məruzələr və hemofiliya xəstələrinin müalicəsi, onlara yanaşma və digər mövzularda maraqlı çıxışlar dinlənilib.
Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır