Tibb müəssisələrində radioloji xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir  
08.04.2024 14:13
TƏBİB ölkəmizdə müasir səhiyyə infrastrukturunun formalaşdırılması, tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz olunması istiqamətində tədbirləri davam etdirir.
 
Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, son dövrlər həyata keçirilən yenidənqurma işlərindən biri də tibb müəssisələrində radioloji xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yeni avadanlıqların alınması və bu sahədə mövcud olan əsas texniki çatışmazlıqların aradan qaldırılmasıdır.
 
2023-2024-cü illər ərzində dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılan işlər nəticəsində 8 tibb müəssisəsində maqnit-rezonans tomoqrafiya (MRT), 3 tibb müəssisəsində kardiovaskulyar cərrahiyyə (KVC), 2 tibb müəssisəsində angioqrafiya (anju), 1 tibb müəssisəsində isə kompüter tomoqrafiya (KT) xidməti qurulub.
 
Görülən işlər çərçivəsində Respublika Klinik Xəstəxanası, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Binəqədi və Sumqayıt tibb mərkəzləri, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Lənkəran, Şəmkir, Şəki rayon mərkəzi xəstəxanalarında MRT, Şəki Rayon Mərkəzi Xəstəxanasında eyni zamanda da KT yenilənib.
 
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan ürək mərkəzlərində angioqrafiya və kardiovaskulyar cərrahiyyə, Şəki Rayon Mərkəzi Xəstəxanasında kardiovaskulyar cərrahiyyə xidməti qurulub.
 
Tibb müəssisələrinin infrastrukturunun, maddi-texniki bazasının təkmilləşdirilməsi çərçivəsində il ərzində daha bir neçə tibb müəssisəsində radioloji xidmətlərin yenilənməsi və müasir standartlar səviyyəsinə çatdırılması nəzərdə tutulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır