Rəşad Nəsirli - Pasiyhentləri ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq 
14.04.2024 17:17
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə gözlənilməz hallarda pasiyentlərə qayğı və köməyini əsirgəməyən, onları ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq Rəşad Nəsirlini təqdim edirik.
 
Rəşad həkim 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2005-2006-cı illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasında Anesteziologiya və reanimasiya şöbəsində internatura kursu keçib.
Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Travmatologiya və Ortopediya İnstitutunun Anesteziologiya və reanimasiya şöbəsində anestezioloq-reanimatoloq kimi başlayan Rəşad Nəsirli 2015-ci ilə qədər orada işləyib, 2011-2015 ci illərdə, eyni zamanda B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunda anestezioloq-reanimatoloq kimi də çalışıb. 2011-2015-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssələrində anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib. 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında anestezioloq-reanimatoloq vəzifəsində çalışır.
 
O, Gömrük Hospitalında ümumi anesteziya, regional anesteziya (spinal anesteziya, epidural anesteziya və periferik bloklar), traxeyanın intubasiyası və ekstubasiyası, mərkəzi damarlara kateterin qoyulması, invaziv və non-invaziv monitorinq, ağciyərlərin invaziv və non-invaziv ventilasiyası, traxeostomanın açılması, ağrı terapiya pompasının tətbiqi (PCA), lumbal punksiya və onurğa beyin mayesinin alınması, bronxoskopiya ilə bronxların lavajı, defibrilasiya və kardioversiya, ürək daxili inyeksiyaların yeridilməsi prosedurlarının icrası ilə məşğul olur. 
 
Rəşad Nəsirli yüksəkixtisaslı həkimdir, özünə qarşı tələbkar və işində məsuliyyətlidir. Dünya tibb sahəsində baş verən hadisələri izləyir, elmin son nailiyyətlərini öyrənir və öz fəaliyyətində tətbiq edir. Bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə yerli və beynəlxalq konfranslarda yaxından iştirak edir.
 
Həkim 2011-ci ildə Ankarada Dışkapı Egitim-Araştırma Xəstəxanasında 3 aylıq təkmilləşdirmə kursu keçib. 2011-2013-cü illərdə Türkiyənin Antalya şəhərində Avrasiya Hematoloji Konfranslarında, 2015-ci ildə Türkiyənin paytaxtı Ankarada İntensiv Terapiya Dərnəyinin konqresində, 2018-ci ildə Türkiyənin Antalya şəhərində Birinci Beynəlxalq Transplantasiya konqresində fəal iştirak edib, 2018-ci ildə Malatya İnönü Universitetinin Qaraciyər nəqli İnstitutunda 1 aylıq təşkilləşdirmə kursu, yenə həmin ildə Malatyada Qaraciyər Nəqli Xəstəxanasında Anesteziya üzrə kurs keçib.
 
O, 2021-ci ildə Azərbaycan respublika Səhiyyə Nazirliyi tərəfindən Fəxri fərman ilə təltif olunub. 2023-cü ildə Avstriyanın Zalsburq şəhərində Open Medical İnstitute", “Weill Corner Medicine” təşkilatının və Vyana Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən “Anesteziologiya və İntentsiv terapiya” mövzusunda seminarda COVID-19 xəstələrində ECMO təcrübəsi ilə bağlı çıxış edib.
 
Rəşad Nəsirli Azərbaycan İntensiv Terapiya Assosiasiyasının üzvüdür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır