Gənclər erkən nikahların, qohum evliliklərin fəsadları barədə maarifləndiriliblər
07.04.2024 13:22

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə nazirliyin 1 nömrəli Tibb Kollecində “Reproduktiv sağlamlığın qorunması, qohum evliliklərinin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Bu məlumat Aztibb.az-a İSİM-dən verilib.

 

Tədbir gənclər arasında sağlam həyat tərzinin təbliği, reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı yeni nəslin maarifləndirilməsi məqsədilə təşkil olunub.

 

İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir muavini Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək, gənclərə reproduktiv sağlamlığın əsas amillərindən, fərdi gigiyena qaydaları, ailə planlaşdırılması və müasir kontraseptiv üsullar barədə ətraflı məlumat verib. O, həmçinin erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrindən bəhs edərək bildirib ki, cütlüklər arasındakı qan bağının yaxınlıq dərəcəsi artdıqca, irsi yolla ötürülən xəstəliklərin meydana çıxma riski yüksəlir.

 

Tədbirdə qohum nikahların fəsadları, irsi yolla ötürülən xəstəliklər barədə ətraflı məlumat verilib, nikahdan öncə aparılan tibbi müayinənin vacibliyi vurğulanıb.

 

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır