Naxçıvan Perinatal Mərkəzində “Analar məktəbi” istifadəyə verilib
05.04.2024 12:30
Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində “Analar məktəbi” istifadəyə verilib.
 
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, bu münasibətlə mərkəzdə keçirilən tədbirdə Naxçıvan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşları Günay Malikqızı və Tükəzban Quliyeva, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyində Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova iştirak edib. Samiq Sadıxov Perinatal Mərkəzində “Analar Məktəbi” bölməsinin yaradılmasının vacibliyini vurğulayıb.
 
Qeyd olunub ki, bu məktəb vasitəsilə analarımıza orqanizmlərində baş verən dəyişikliklər, onların dünyaya gətirdikləri uşaqlarla bağlı, onlara necə yanaşmaları, qidalanması və digər prosedurlar izah ediləcəkdir. Analar məktəbi ilk olaraq Naxçıvan şəhərində fəaliyyətə başlayır, yaxın dövrdə Şərur Regional Tibb Mərkəzində və Culfa Regional Tibb Mərkəzində də həyata keçirilməsi nəzərdə tutulub. Bu işlərin həyata keçirilməsində BMT-nin Uşaq Fondunun dəstəyi daim bizimlədir. Onlarla birgə Perinatal Mərkəzin “Körpə Dostu Klinikası” statusunu alması üçün təlimlərə başlamışıq. Düşünürük ki, Mərkəz “Körpə və Ana Dostu Xəstəxanası” olmaqla BMT-nin siyahısına düşəcəkdir.
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Günay Malikqızı “Analar Məktəbi” layihəsinin həyata keçirilməsinin mühüm əhəmiyyət daşıdığını önə çəki
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır