İcbari tibbi sığorta üzrə 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib  
05.04.2024 11:56

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycanın 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib.

 

Aztibb.az-ın xəbərinə görə, bu barədə Agentliyin icbari tibbi sığorta sahəsində ictimai iştirakçılığı gücləndirmək, şəffaflığı təmin etmək, qurumun fəaliyyəti barədə məlumat vermək məqsədilə jurnalistlər üçün keçirilən “Açıq qapı” günündə məlumat verilib.

 

Bildirilib ki, 2023-cü ildəki monitorinqlər nəticəsində 7 tədbir, 33 alt tədbirdən ibarət olmaqla Təkliflər Planı hazırlanaraq TƏBİB-ə təqdim edilib.

 

Məlumata görə, monitorinqlərin əsas məqsədi əhalinin maneəsiz şəkildə tibbi sığortadan yararlanmasına, xidmət keyfiyyətinin yüksəlməsinə və nəticədə vətəndaş məmnunluğunun artmasına yönəlib.

 

Monitorinqlər 2 istiqaməti əhatə edir. Buraya TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində icbari tibbi sığorta işinin təşkili prosesinin qiymətləndirilməsi və sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi daxildir.

 

Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov qeyd edib ki, ötən il ərzində aparılan monitorinq zamanı əsas götürülən meyarlar xidmətlər zərfindəki tibbi xidmətlərin təşkili, qəbul və qeydiyyat işinin tənzimlənməsi, kompüterlərin internetə çıxış imkanları maddi-texniki bazanın mövcudluğu və digər məsələləri əhatə edir.

 

B.Məmmədovun sözlərinə görə, monitorinqin nəticələri təhlil edildikdən sonra aşkarlanmış çatışmazlıqlar TƏBİB-ə təqdim edilir.

 

Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin müdiri Nicat Şirinovun sözlərinə görə isə Agentliyin başlıca məqsədlərindən biri əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir: “Keyfiyyətli xidmət dedikdə sadəcə əsaslı təmir, müasir texnoloji avadanlıqlar, təchizat nəzərdə tutulmur. Tibbi xidmətin keyfiyyəti dedikdə pasiyentlərin tibb müəssisəsinə edilmiş ilkin müraciətindən, onun elektron qeydiyyatından başlayaraq bütün müayinə və müalicə prosedurlarını özündə birləşdirən və hər mərhələsinə nəzarət tələb edən zəncirvari mexanizm əsas götürülür”.

 

N.Şirinov monitorinqin meyarlarından da danışıb: “Keyfiyyətin yoxlanılması dedikdə tibb müəssisələrinin icra etdikləri xidmətlərin lisenziyalarına uyğunluğunun, sığorta çərçivəsində xidmət göstərən həkimlərin xidmətlərinin şəhadətnaməyə uyğun fəaliyyətinin dəyərləndirilməsi, eyni sığortaolunana müxtəlif tibb müəssisələrində göstərilmiş xidmətlərin nəticələrinin üzləşdirilməsi, icra olunan tibbi xidmətlərin sayları ilə icra edən həkimlərin saylarının müqayisəsi nəzərdə tutulur. Görülən işlərin nəticəsi olaraq böyük ölçüdə xəstə axınının təmin edilməsinə nail olmuşuq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır